AZ

Hərbi prokuror Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə görüşüb (FOTO)

Bakı. Trend:

Anım Günü ilə əlaqədar Hərbi Prokurorluqda Hərbi Prokurorluğunvə Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı iləhəmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbirkeçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən“Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə güldəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramifadə olunub.

Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən"Soyqırımı" memorial muzeyi ziyarət edilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi vəərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz vəunudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi iləbaşlayıb.

Tədbirdə çıxış edən Baş prokurorun müavini - hərbi prokurorədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, müasir Azərbaycanınmemarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin müdriksiyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirənPrezident İlham Əliyevin dərin düşüncəsi və yorulmaz fəaliyyəti iləxalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada başverən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldanazad olunmuş ərazilərimiz də daxil olmaqla, regionlarımızhərtərəfli inkişaf edir. Qazanılan ardıcıl uğurlara Birincivitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və zəngin fəaliyyətimühüm töhfələr verir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinədə səbəb olduğunu deyən Hərbi prokuror diqqətə çatdırıb ki,Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqətvə qayğısı sayəsində müasir tələblərə tam cavab verən, istəniləndöyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olanAzərbaycan Silahlı Qüvvələri formalaşıb. Bu da hərbi uğurlarımızışərtləndirib. Nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dənbaşlayaraq törətdiyi növbəti təxribatların qarşısının alınması,eləcə də antiterror əməliyyatları zamanı müdrik və qətiyyətli AliBaş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri özgücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüşhazırlığını əyani şəkildə sübut edib, Zəfər təmin olunub.

Digər çıxış edənlər də Vətən müharibəsindən, Müzəffər Ali BaşKomandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən bəhsediblər. Eyni zamanda, çıxışçılar hərbçilərə göstərilən diqqət vəqayğıya görə Hərbi prokurora və prokurorluğun kollektivinə təşəkkürediblər.

Sonda Hərbi prokuror Bəhruz Əhmədov təhsil göstəriciləri yüksəkolan kursantlara hədiyyələr təqdim edib.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Məqalədə:
Seçilən
14
28
az.trend.az

10Mənbələr