AZ

BMT də gərgin anlar: Netanyahu danışarkən zal boşaldı

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra nümayəndələr zalı tərk edib və onu fitə basıblar. Çıxış tez-tez etiraz səsləri ilə yarımçıq qalıb.

Milli.Az xəbər verir ki, etirazlara səbəb İsrailin Fələstin məsələsinə və Yaxın Şərqdə sülh prosesinə dair mövqeyi olub.

Netanyahu bildirib ki, israilli girovlar azad edilməyincə İsrail hərbi əməliyyatlarını dayandırmayacaq. O, HƏMAS-ı silahları yerə qoymağa və İsrailin tələblərini yerinə yetirməyə çağırıb.

Baş nazir həmçinin beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaların dərhal bərpasına səsləyib. Onun sözlərinə görə, İranın nüvə və raket proqramları təkcə İsrail üçün deyil, ABŞ üçün də təhlükə yaradır.

Asya

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
news.milli.az

2Mənbələr