AZ

Diabetdə darçının rolu: köməkçi vasitə, yoxsa mif?

Xoş ətirli məşhur ədviyyat olan darçın, 2-ci tip diabetdə köməkçi vasitə kimi araşdırılır. Bəzi tədqiqatlar göstərir ki, onun tərkibindəki darçın aldehidi insulinin təsirini artıra, orqanizmin öz insulinini daha səmərəli istifadə etməsinə yardımçı ola bilər.

E-saglam.az xəbər verir ki, bir meta-analiz nəticəsində məlum olub ki, 10 həftə ərzində darçın əlavəsi qəbul etmək qanda acqarına şəkəri azalda və qlikohemoglobin (HbA1c) göstəricilərini yaxşılaşdıra bilər.

Digər kiçik bir araşdırmada isə prediabetli insanlara gündə 4 qram (təxminən 1,5 çay qaşığı) darçın qəbul etmək qlükoza səviyyəsinin artımını cilovlamağa kömək edib.

Lakin başqa tədqiqatlarda qanda şəkərə əhəmiyyətli təsir müşahidə edilməyib. Buna görə də hələ ki, rəsmi tövsiyələrdə darçın diabetin müalicə üsulu kimi yer almır.

Darçının əlavə faydaları

Elmi araşdırmalara görə, darçın diabetlə əlaqəli bəzi vəziyyətlərə də müsbət təsir göstərə bilər:

Antiosidant təsir – iltihabla və oksidləşmə stressi ilə mübarizə aparır.

Lipid profilinin yaxşılaşması – “pis” xolesterinin azalması ehtimalı.

Revmatoyid artritdə simptomların yüngülləşməsi.

Darçından necə istifadə etməli?

Dietoloqlar darçını gündəlik yeməklərə (yarmalara, içkilərə, desertlərə) şəkərin əvəzinə əlavə etməyi tövsiyə edirlər. Lakin yüksək dozada (6 qramadək) qəbul etmək təhlükəli ola bilər – qaraciyərə mənfi təsir göstərə bilər və mədə-bağırsaq problemləri yarada bilər.

Xüsusilə dərman qəbul edən şəxslər üçün darçın əlavələri istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr