AZ

ABŞ Dövlət Departamenti Kolumbiya prezidenti Petronun vizasını ləğv edib

Kolumbiya prezidenti Qustavo Petronun vizası Nyu-Yorkda küçə etirazları zamanı zorakılığa təhrik etdiyi iddiası ilə ləğv edilib .

ABŞ Dövlət Departamentinin mətbuat xidməti bu barədə məlumat yayıb.

X (keçmiş Twitter) sosial mediada "Petronun ehtiyatsız və qızışdırıcı hərəkətlərinə görə onun vizasını ləğv edirik",-deyə qeyd edilib.

Bildirilib ki, prezident Amerika hərbçilərinə komandanlığın əmrlərinə məhəl qoymamağa və zorakılıq hərəkətlərinə təhrik etməyə çağırıb.

Seçilən
11
aznews.az

1Mənbələr