AZ

Əməkdar artist VƏFAT ETDİ – Bu ölkədə

Rusiyanın Əməkdar artisti Lyudmila Qavrilova 74 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ura.ru xəbər yayıb. Qeyd olunur ki, aktrisa “Mimino” filmində və “Gluxar” və “Sklifosovski-11” seriallarında oynadığı rollarla tanınıb.

Vida mərasimi 29 sentyabr saat 11:00-da Nikolo-Arxangelsk krematoriyasında baş tutacaq. Mash Telegram kanalının məlumatına görə, Lyudmila Qavrilova uzun müddət qaraciyər sirrozu və ürək xəstəliyindən əziyyət çəkib. Son zamanlar o, Moskvada təcili xəstəxanaya yerləşdirilmişdi. Bir neçə gün xəstəxanada qaldıqdan sonra vəziyyəti pisləşib və həkimlərin onu reanimasiya etmək cəhdləri nəticə verməyib.

Lyudmila Qavrilova 1951-ci ildə Kaluqa şəhərində anadan olub. 1973-cü ildə Şukin adına Teatr Məktəbini bitirib və bundan sonra Moskva Akademik Satira Teatrının truppasına qəbul olunub.

O, “Mimino”, “Kulaqin və partnyorları”, “Əsgərlər”, “Gluxar”, “İsti buz”, “Laskovıy may”, “Sklifosovski” və digər layihələrdə çəkilib. Aktrisa həmçinin “Petrovlar qripdə” tamaşasındakı ikinci dərəcəli qadın rolu ilə “Qızıl maska” mükafatına layiq görülüb.

Seçilən
1
3
konkret.az

4Mənbələr