AZ

İsrail bu silahaları Ukraynaya VERDİ - Zelenski İLK DƏFƏ AÇIQLADI

İsrailin daha əvvəl vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemi artıq bir aydır ki, Ukraynada hava hücumundan müdafiə qüvvələrini gücləndirmək üçün istifadəyə verilib. 

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.

“İsrail sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. Bir aydır işləyir”, - Zelenski vurğulayıb.

Daha əvvəl İsrailin Ukraynadakı səfiri Mixail Brodski qeyd edib ki, söhbət 1990-cı illərin əvvəllərində İsrailin ABŞ-dan aldığı köhnə “Patriot” sistemlərindən gedir.

Onların Ukraynaya təhvil verilməsi ilə bağlı razılıq əldə olunub.

“Bunlar 1990-cı illərin əvvəllərində İsraillə xidmətdə olan İsrail sistemləridir. Onları Ukraynaya köçürməyə razılaşdıq. İsrailin hərbi yardım etmədiyini demək isə doğru deyil”, - Brodski əlavə edib.

Musavat.com

Seçilən
1
1
musavat.com

2Mənbələr