AZ

Xaçmazda mal-qara arasında dabaq xəstəliyi YAYILIB

Xaçmaz rayonunda mal-qara arasında dabaq xəstəliyi yayılıb.

Paralel.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayon ərazisində bununla bağlı ət kəsimi məntəqələrinə ciddi nəzarət edildiyi, ayrı-ayrı kəndlərdə karantin qoyulduğu barədə məlumatlar yayılıb.

Bununla bağlı Xaçmaz baytarlıq idarəsinin rəis əvəzi Vasif Kəlbəliyev bildirib ki, rayonda dabaq xəstəliyi ilə bağlı mal-qara arasında elə bir narahatlıq yoxdur.
 

Hacılar kəndində bu xəstəlik heyvanlar arasında müşahidə edilib. Heyvanların dabağa qarşı vaksin edilməsinə başlanılıb. İndiyədək 24000 baş iribuynuzlu, 3000 baş xırda buynuzlu heyvana vaksin vurulub.

Qarşıdakı 10 gün ərzində vaksinasiya tam başa çatacaq. Vasif Kəlbəliyev rayon ərazisində karantin qoyulmasını inkar edib. O bildirib ki, xəstə heyvanların ətinin satılmaması üçün ət kəsimi məntəqələrinə nəzarət artırılıb, reydlər keçirilir.

Seçilən
13
4
paralel.az

5Mənbələr