AZ

“Bunlar həll olunsa, təklifi qəbul edəcəm” – Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanda “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçədən sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin qarşısına çıxıb.

Msport.az xəbər verir ki, o, Azərbaycan milli komandasının baş məşqçisi postuna keçməsi ilə bağlı AFFA ilə aparılan danışıqlardan danışıb:

“Onsuz da mövsümün əvvəlindən U-21 millisindəyik. Hər iki tərəfə eyni dərəcədə kökləninirik. Söz-söhbətlər normaldır. Mənə heç bir təsiri olmur.

Milli komanda?  Bəli, təklif olub, danışıqlar gedib. Yəqib ki, yaxın günlərdə qərar veriləcək.

Abbasov “mətbuatda yazılanlara görə AFFA sizə 4 aylıq müqavilə təklif edib, amma siz daha uzunmüddətli sözləşmə istəyirsiz. Bu, nə dərəcədə doğrudur” sualını belə cavablandırıb:

“Müddət söhbəti getmir. Tam peşəkarcasına danışıqlar gedir. Versiyaların yazılması normaldır. AFFA ilə danışığımızda müddət problemi yoxdur.

Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəm”.

Seçilən
29
3
msport.az

10Mənbələr