AZ

Astaranın Ərçivan qəsəbəsində bəzi əraziləri su basıb -30 SAKİN TƏXLİYƏ OLUNUB

Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veirlib.

 

Qeyd olunub ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.

 

Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

 

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.


Seçilən
27
30
senzor.az

10Mənbələr