AZ

Bakı-Pekin əlaqələri güclənir: dövriyyə 3 milyard dollara yaxınlaşır

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2 milyard 940 milyon 559,63 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.

Ölkə.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Statistikaya görə, 2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Çinə ixracı 4,5 dəfə artaraq 60 milyon 120 min 360 dollara çatıb. İxrac ümumi həcmin 0,35%-ni (2024-cü ilin yanvar-avqust ayları: 0,07%) təşkil edib.

Bununla yanaşı, Çindən idxalın həcmi 26,5% artaraq 2 milyard 880 milyon 439,26 min ABŞ dollarına çatıb. İdxalın payı 19,14% (2024-cü ilin yanvar-avqust aylarında – 17,84%) təşkil edib.

Seçilən
16
2
olke.az

3Mənbələr