AZ

"Neftçi" üçün Bakıya gələn əcnəbi ilə bağlı narahatlığın əsl səbəbi məlum oldu

Nigeriyalı yarımmüdafiəçi İfeanyi Matyunun bir müddətdir "Neftçi"nin düşərgəsində olmasını xəbər vermişdik.

Orta sahə oyunçusunun ictimaiyyətə bir qədər açıqlanması sənədlərində olan problemlə bağlı idi.

Azarkeşləri indidən narahat edən digər məqam isə 28 yaşlı legionerin 2025-ci ili boşa verməsidir.

Hər halda, vur-tut 3 görüşdə "Surix" forması geyinməsi belə deməyə əsas verir.

Sonuncu dəfə fevral ayının 2-si "Basel"ə qarşı meydanda olub. Cəmi 3 dəqiqə.

Halbuki ötən il formasını geyindiyi İsveçrə təmsilçisinin əsas heyət üzvü olub.

Bəs bir anda nə baş verib ki, klub onu arxa plana atıb?

Səbəb oyunçunun "Surix"dən aldığı yeni təklifə "yox" deməsi olub.

Yayda anlaşması bitəcək olan afrikalını avropalılar daha uzun müddətə heyətdə saxlamaqda maraqlı olub.

İfeanyidən gözləmədikləri cavabı alınca onun əvəzedici komandaya göndərilməsinə qərar verilib.

Məhz bu səbəbdən Nigeriya gənclər millisinin sabiq üzvü son yarım ili boşa verməli olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr