AZ

"Söz-söhbətlərin heç bir təsiri olmur" - Ayxan Abbasov

style='margin-bottom:10px;'>

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət etsin. Oyuna gəldikdə, "Araz-Naxçıvan" iddialı komandalardandır. Biz də yaxşı hazırlaşmışdıq. İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirlər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma qələbə qazanmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır.

- Milli komanda ilə adınız hallanır. Bu, "Şamaxı"dakı işinizə mane olmur?

- Çalışırıq ki, özümüz psixoloji olaraq hazır olaq. Onsuz da mövsümün əvvəlindən U-21 millisindəyik. Hər iki tərəfə eyni dərəcədə köklənirik. Söz-söhbətlər normaldır. Mənə heç bir təsiri olmur.

- Əsas millinin baş məşqçisi postu üçün sizə rəsmi təklif olub?

- Bəli, təklif olub, danışıqlar gedib. Yəqin ki, yaxın günlərdə qərar veriləcək.

- Mətbuatda yazılanlara görə AFFA sizə 4 aylıq müqavilə təklif edib, amma siz daha uzunmüddətli sözləşmə istəyirsiniz. Bu, nə dərəcədə doğrudur?

- Müddət söhbəti getmir. Tam peşəkarcasına danışıqlar gedir. Versiyaların yazılması normaldır. AFFA ilə danışığımızda müddət problemi yoxdur.

- Fransa ilə matçda baş məşqçi siz olacaqsınız?

- Xeyirlisi, inşallah. Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəyəm. (sportal.az)

Seçilən
20
8
teleqraf.com

10Mənbələr