AZ

Ayxan Abbasov: “Bizə inam varsa, kənara çəkilmək olmaz”

Misli Premyer Liqasının VI turunun "Şamaxı" - "Araz-Naxçıvan" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəldikdə,  "Araz-Naxşçıvan" iddialı  komandalardandır. Biz də yaxşı hazırlaşmışdıq. İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirilər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma udmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır".

- Milli komanda ilə adınız hallanır. Bu, "Şamaxı"dakı işinizə mane olmur?

- Çalışırıq ki, özümüz psixoloji olaraq hazır olaq. Onsuz da mövsümün əvvəlindən U-21 millisindəyik. Hər iki tərəfə eyni dərəcədə kökləninirik. Söz-söhbətlər normaldır. Mənə heç bir təsiri olmur.

- Əsas millinin baş məşqçisi postu üçün sizə rəsmi təklif olub?

- Bəli, təklif olub, danışıqlar gedib. Yəqib ki, yaxın günlərdə qərar veriləcək.

- Mətbuatda yazılanlara görə AFFA sizə 4 aylıq müqavilə təklif edib, amma siz daha uzunmüddətli sözləşmə istəyirsiz. Bu, nə dərəcədə doğrudur?

- Müddət söhbəti getmir. Tam peşəkarcasına danışıqlar gedir. Versiyaların yazılması normaldır. AFFA ilə danışığımızda müddət problemi yoxdur.

- Fransa ilə matçda baş məşqçi siz olacaqsız?

- Xeyirlisi inşallah. Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəm.

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib - FOTO

Millimiz MDB Oyunlarına qələbə ilə başladı

III MDB Oyunları: Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

"Məni xilas edən xüsusi təyinatlı zabit sonradan intihar etdi" - MÜSAHİBƏ

Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı olacaq

Seçilən
14
8
apasport.az

10Mənbələr