AZ

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri şəhidlərin əziz xatirəsini yad ediblər.

“İki sahil” xəbər verir ki, səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüblər. Fuad Nəcəfli şəhidlərin ailə üzvləri ilə görüşərək ehtiramını ifadə edib.

“Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Seçilən
8
1
ikisahil.az

2Mənbələr