AZ

Bakıda vəkillər probasiya qeydiyyatında olan məhkumlara növbəti pulsuz hüquqi yardım göstərib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 27 sentyabr, AZƏRTAC

Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mütəmadi olaraq pulsuz hüquqi yardımların göstərilməsi davam etdirilir.

Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti belə hüquqi yardım aksiyası təşkil edilib.

Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından məlumat verilib.

Belə ki, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinin qeydiyyatında olan 25 şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azertag.az

2Mənbələr