Ukrayna bu payızda İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.
“Cebheinfo.az” "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
"İsrailin kompleksi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz bu payızda iki "Patriot" sistemi alacağıq", - Zelenski brifinqdə deyib.
Bundan əlavə, Zelenski Kiyevin Vaşinqtondan 90 milyard dollar dəyərində silah alınmasına dair ABŞ ilə mövcud razılaşmaya əlavə olaraq müəyyən növ, o cümlədən uzaqmənzilli silahlar üçün müqavilələr bağlamağa hazır olduğunu bildirib.
“Cebheinfo.az”