AZ

Elmar Baxşıyev: “Şamaxı”ya autsayder gözü ilə baxmırıq”

“İki fərqli hissə oynadıq. Komanda ilk yarıda oyuna girə bilmədi”.

İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 6-cı turunda “Şamaxı” ilə oyundan sonra “Karvan-Yevlax”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Oyun 1:1 hesabı ilə qurtartıb.

“İstədiklərimizi icra etməkdə çətinlik çəkirdik. “Şamaxı” yaxşı təzyiq göstərdi. İkinci hissədə fərqli oynadıq. Dönüş yaradıb 1 xal qazandıq. Bu gün uda da bilərdik, uduza da. Qismətdə 1 xal var idi. “Şamaxı”ya autsayder gözü ilə baxmırıq. Heyətlərində yaxşı futbolçular var. “Şamaxı” meydanda nə etmək istədiyini bilən komandadır”, - Baxşıyev qeyd edib.

İdman.biz

Seçilən
10
4
idman.biz

7Mənbələr