AZ

iPhone şirkəti ilə bağlı ŞİKAYƏT – Araşdırma başladı

Çində ən böyük iPhone fabrikində insanlar, əslində, qul kimi şəraitdə işləyirlər: həddindən artıq iş saatları, maaş gecikmələri və ayrı-seçkilik hökm sürür.

KONKRET.az xəbər verir ki, müstəqil China Labor Watch təşkilatı Çjengcou şəhərində iPhone 17 istehsal olunan Foxconn zavodunda altı aylıq araşdırma aparıb. Məlum olub ki, 200 min işçinin yarısından çoxu pik mövsümdə müvəqqəti işçilərdir, halbuki qanun 10%-dən çoxuna icazə vermir.

İşçilər maaşların gecikdirilməsindən, həftədə 75 saata çatan iş yükündən və işə qəbul zamanı ayrı-seçkilikdən şikayətlənirlər — xüsusən də uyğurların, tibetlilərin, müsəlmanlarının və hamilə qadınların işə götürülməməsindən. Onlara həmçinin xəstəlik məzuniyyəti, ödənişli məzuniyyət və sosial sığorta verilmir.

Apple təcili daxili araşdırma başladığını elan edib.

Qeyd edək ki, Çjengcou fabriki uzun müddətdir diqqət mərkəzindədir. Burada artıq COVID-lokdaunu dövründə etirazlar olmuşdu və intihar halları qeydə alınmışdı. Apple iş şəraitini yaxşılaşdıracağına dair vədlərinə baxmayaraq, hüquq müdafiəçiləri sistemli problemlərin hələ də qalmaqda davam etdiyini bildirirlər.

Rəsmiyyə Şərifova
KONKRET.az

Seçilən
23
1
konkret.az

2Mənbələr