AZ

ABŞ bu ölkənin prezidentinin vizasını ləğv edir Səbəb

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Kolumbiya Prezidenti Qustavo Petronun Fələstinlə bağlı keçirilən aksiyalarda çıxış etməsinə və ABŞ əsgərlərini Donald Trampın əmrlərinə tabe olmamağa çağırdığına görə vizasını ləğv edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti X hesabında məlumat yayıb.

“Onun (Petro) məsuliyyətsiz və qızışdırıcı hərəkətləri səbəbilə vizasını ləğv edəcəyik”, - deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, Petro etirazçılara fələstinlilərin azad edilməsini prioritet sayan qlobal hərbi qüvvənin yaradılmasının vacibliyini və bu qüvvənin ABŞ qüvvələrindən daha böyük olmalı olduğunu deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
4
axar.az

5Mənbələr