Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.
O qeyd edib ki, iki ölkə avqustun 8-də Vaşinqtonda paraflanan Sülh və Dövlətlərarası Münasibətlərin bərqərar olması haqqında Saziş üzrə razılığa gəliblər.