AZ

HƏMAS həmin məlumatı inkar etdi

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağında münaqişənin həlli ilə bağlı hər hansı sülh planı aldığını inkar edir.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu haqda HƏMAS rəsmisi bildirib.

“HƏMAS-a heç bir plan verilməyib”, - o vurğulayıb.

Qeyd edək ki, bu həftə Trampın ərəb və müsəlman liderlərinə Qəzzada qarşıdurmaya son qoymağa yönəlmiş 21 bəndlik sənəd təqdim etdiyi bildirilib. KİV-in məlumatına görə, plan tam atəşkəs, girovların azad edilməsi, İsrail qoşunlarının mərhələli şəkildə çıxarılması və HƏMAS-ın müharibədən sonra bölgəni idarə etməkdən kənarda qalmasını tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
qafqazinfo.az

3Mənbələr