AZ

Lavrovdan NATO ya xəbərdarlıq: Cavab qətiyyətlə veriləcək

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Rusiya NATO ölkələrinə hücum planlaşdırmır, lakin hər hansı bir aqressiya qarşısında da qətiyyətli cavab veriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının iclasında çıxışı zamanı deyib.

Lavrov əlavə edib ki, Rusiya Ukrayna münaqişəsinin əsas səbəblərinin aradan qaldırılması ilə bağlı danışıqlara açıqdır.

“Ukrayna məsələsində müəyyən ümidlər ABŞ ilə dialoqun davam etdirilməsindədir”, – Lavrov bildirib.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr