AZ

"Atletiko" "Real Madrid"i darmadağın edib

İspaniya La Liqasının VII turu çərçivəsində "Atletiko Madrid" doğma meydanda "Real"ı darmadağın edib.

“İki sahil” xəbər verir ki, "Metropolitano" stadionunda keçirilən Madrid derbisi 5:2 hesabı ilə başa çatıb.

Qaliblərin qollarını Robin Le Norman (14-cü dəqiqə), Aleksander Sorlot (45+3), Xulian Alvares (50, penalti; 64) və Antuan Qrizmann (90+4) imza atıblar. "Real Madrid"in heyətində Kilian Mbappe (25) və Arda Gülər ​​(36) fərqləniblər.

"Real Madrid" mövsümdə ilk dəfə məğlubiyyətlə üzləşib. Xabi Alonsonun yetirmələri bundan əvvəl İspaniya çempionatında altı dəfə, Çempionlar Liqasında bir dəfə qalib gəlib.

"Real Madrid" 18 xalla turnir cədvəlinə başçılıq edir. "Atletiko Madrid" dördüncü pilləyə yüksəlib, Dieqo Simeonenin komandası 12 xala malikdir. "Real Madrid" növbəti turda oktyabrın 4-də "Vilyarreal"ı qəbul edəcək, "Atletiko Madrid" ertəsi gün səfərdə "Selta" ilə qarşılaşacaq.

 

Seçilən
40
5
ikisahil.az

6Mənbələr