Misli Premyer Liqasının VI turunda "Neftçi" "Karvan - Yevlax"la qarşılaşıb.
Publika.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş heç-heçə nəticələnib.
Qarşılaşmada qapılara qol vurulmayıb. Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Neftçi" 8-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" isə 5 xalla 10-cu yerdədir.