AZ

CHP-nin Qadın təşkilatının sədri ərini bıçaqladı

Ajans.az İHA-ya istinadən xəbər verir ki, mübahisə zamanı Burcu Çolak ərinə bıçaqla xəsarət yetirib. Mübahisə böyüdükdən sonra Burcu Çolak bıçağı götürərək ərinə yüngül xəsarət yetirib. Qeyd olunur ki, hazırda xəstəxanada ambulator müalicə alan Ergin Çolakın vəziyyəti yaxşıdır. Tərəflərin bir-birindən şikayətlərinin olmadığı bildirilib.

Məlumata görə, Ergin Çolak da Edirne Bələdiyyəsində işləyir.

Seçilən
18
6
Ajans.az

7Mənbələr