AZ

Bu tarixdən minimum əməkhaqqı və təqaüdlər artacaq? - Açıqlama

Azərbaycanda gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başlayıb. Cəmiyyətin əsas gözləntilərindən biri minimum əməkhaqqı və yaşayış minimumunun artırılması ilə bağlıdır. Artımın hansı həcmdə olacağı və inflyasiya fonunda real gəlirlərə necə təsir göstərəcəyi xüsusilə diqqət çəkir.

Ekspertlər hesab edirlər ki, sosial müdafiə tədbirləri ilə iqtisadi sabitlik arasında balansın qorunması hökumət üçün əsas prioritet olacaq.

Bəs minimum əməkhaqqı və yaşayış minimumu növbəti ildə nə qədər arta bilər və bu dəyişiklik əhalinin real rifahına təsir göstərəcəkmi? pizza sifarişi

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bu məsələdə bir problemin olduğunu qeyd edib.

O, Azərbaycanda gələn ilin dövlət büdcəsinin ilkin parametrlərinin açıqlandığını vurğulayıb:

“Maliyyə Nazirliyinin məlumatına görə, büdcənin gəlir hissəsi təxminən 67 milyon manat, xərclər isə 146 milyon manat artır.

Bu rəqəmlərə baxdıqda minimum əməkhaqqı və minimum təqaüdlə bağlı ciddi artımların olub-olmayacağı sual altında qalır. Təəssüf ki, gələn ilin yanvarın 1-dən hansısa ciddi, nəzərəçarpacaq və insanları məmnun edəcək artımların olması ehtimalı o qədər də böyük deyil”.

Natiq Cəfərli deyib ki, büdcə sənədi əvvəlcə prezidentə təqdim olunacaq, sonra parlamentdə müzakirəyə çıxarılacaq:

“Prezidentin əlavə qeydləri və ya deputatlar tərəfindən ediləcək dəyişikliklər yekun sənəddə artımların səviyyəsinə təsir edə bilər. Lakin gələn il üçün böyük sosial artımlar gözləmək çətindir”.


Telegram kanalımız
Seçilən
14
2
yenisabah.az

3Mənbələr