AZ

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ ANIM GÜNÜNƏ HƏSR EDİLƏN DƏYİRMİ MASA KEÇİRİLİB

Dövlət Gömrük Komitəsində 27 Sentyabr - Anım Gününə həsr edilən dəyirmi masa keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində iştirak edən əməkdaşları, Komitə rəhbərliyi və kollektivi, Müdafiə Nazirliyinin nümayəndəsi, DGK yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 44 günlük Zəfər salnaməmizə dair videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi Zəfər yolu ilə bağlı təəssüratlarını bölüşüb, bu Zəfərin heç də asan başa gəlmədiyini, torpaqlarımızın 30 illik işğaldan qəhrəman şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qanı-canı bahasına azad edildiyini, 44 gündə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsinin yazıldığını vurğulayıblar.
“Dəyirmi masa” başa çatdıqdan sonra tədbir iştirakçıları Zəfər parkını və Hərbi Memorial Məzarlıqda torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi.













 
  •  

 

Seçilən
7
1
sitat.info

2Mənbələr