AZ

Qəzzanın böyük hissəsinə nəzarət ƏLƏ KEÇİRİLDİ

İsrail Müdafiə Qüvvələri ( İDF ) Qəzza şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

"Son günlər İsrail ordusu Qəzzaya hücumlarını artıraraq hər gecə 140-dan çox hədəfi hədəfə alıb. Bu müddət ərzində şəhərin təxminən 800 000 sakini təxliyə edilib", - İsrail mənbəsi yazır.

KİV-in məlumatına görə, İDF Əl-Nadi, Şeyx Ajlin, Zeytun, Şucaiya və Tuffa ərazilərinə nəzarət edir.

Hazırda İDF şəhərin “ürəyi” hesab edilən əsas Əl-Rimal məhəlləsinə nəzarət edə bilmir. Burada Fələstinin bank infrastrukturu, dövlət qurumları, universitetləri və media mərkəzləri yerləşir. Həmçinin burada HƏMAS-ın yüksək səviyyəli rəsmiləri məskən salıblar.

Seçilən
3
publika.az

1Mənbələr