AZ

Qərb üçün yeni təhlükə: Bu dəfə Hollandiya və Norveç səmasında PUA göründü

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Amsterdam yaxınlığındakı “Schiphol” hava limanında uçuş-enmə zolağı naməlum PUA görünməsi səbəbindən 45 dəqiqəlik bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Hollandiya Kral Hərbi Polisi məlumat verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təxminən 150 metr hündürlükdə müşahidə edilən dron haqqında xəbər verilib. Pilotsuz təyyarəni və onun operatorunu axtarmaq üçün vertolyot göndərilib, lakin onlar tapılmayıb. Nəticədə uçuş-enmə zolağı 45 dəqiqə bağlanıb və uçuşlar digər zolağa yönləndirilib.

Hərbi polis hadisənin heç bir təhlükə yaratmayan pilotsuz təyyarə tərəfindən törədildiyini müəyyən edib. Hazırda dronların “Schiphol” hava limanı üzərində və onun ətrafında uçuşu qadağan edilib.

Hollandiya Kral Hərbi Polisinin məlumatına görə, ilin əvvəlindən ölkənin hava limanlarında 22 belə insident qeydə alınıb. Bundan əlavə, Norveç səmasında Ørland aviabazasının yaxınlığında pilotsuz təyyarə aşkarlanıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
globalinfo.az

2Mənbələr