AZ

Lavrov Rusiyanın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara hazır olduğunu açıqlayıb

“Moskva əvvəlki kimi Ukraynadakı münaqişənin əsas səbəblərini həll etmək üçün danışıqlara hazırdır.”

News365.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

O, xatırladıb ki, prezident Vladimir Putin dəfələrlə vurğuladığı kimi, Rusiya xüsusi əməliyyatın əvvəlindən məsələnin diplomatik həlli qapısını bağlamayıb. 

Lavrovun sözlərinə görə, bu cür danışıqlara başlamaq üçün əsas şərtlər ölkənin təhlükəsizliyi və həyati maraqlarının müdafiəsi üçün etibarlı təminatdır. 

Diplomat onu da qeyd edib ki, Kiyev hökumətinin nəzarətində olan ərazilərdə etnik rusların və rusdillilərin hüquqları tam bərpa edilməlidir. 

Lavrov təəssüflə bildirib ki, nə Kiyev hökuməti, nə də onun avropalı müttəfiqləri hələ də vəziyyətin ciddiliyini başa düşməyiblər və dürüst dialoqa hazır deyillər.

Seçilən
3
4
news365.az

5Mənbələr