İsrail qüvvələri Qəzza şəhərinin böyük hissəsini ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Bildirilib ki, İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin yarısından çoxuna nəzarət edir və 800 min sakin artıq ərazini tərk edib. Həmçinin, İsrail Qəzza şəhəri boyunca həyata keçirdiyi zərbələri də gücləndirib.