AZ

Dövlət Miqrasiya Xidmətində Anım Günü tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin akt zalında isə 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

XQ xəbər verir ki, tədbirdə Dövlət himni səsləndirilib, görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbənin əhəmiyyətindən bəhs edib. O, dövlət-xalq-ordu birliyinin, xalqımızın möhkəm iradəsinin və hərbçilərimizin şücaətinin bu qələbədə həlledici rol oynadığını vurğulayıb. Həmçinin dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də işğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma və mərhələli şəkildə həyata keçirilən köç proseslərindən bəhs edib.

Tədbirin sonunda şəhidlərimizin qəhrəmanlığını əks etdirən sənədli film nümayiş olunub.

Seçilən
17
1
xalqqazeti.az

2Mənbələr