AZ

NATO Baltikdə nəzarəti gücləndirir Danimarka insidenti

ain.az bildirir, Axar.az portalına istinadən.

NATO hava limanının işini pozan pilotsuz təyyarələrin Danimarka səmasında görünməsindən sonra Baltik dənizi regionunda nəzarəti gücləndirəcək.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, NATO müxtəlif aktivlərdən istifadə etməklə regionda daha ​​da gücləndirilmiş müşahidə aparacaq. Alyans Baltikyanı ölkələrə bir sıra yeni aktivlər, o cümlədən kəşfiyyat, müşahidə və tanıma platformaları, həmçinin ən azı bir hava hücumundan müdafiə freqatı yerləşdirəcək.

Qeyd edək ki, sentyabrın 23-də Kopenhagen hava limanının işində naməlum PUA-larla əlaqədar ləngimə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
axar.az

4Mənbələr