AZ

“Instagram” və “Facebook”da ödənişli dönəm başladı Abunə haqqı nə qədərdir?

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sosial media nəhəngi Meta “Facebook” və “Instagram” platformalarında reklamsız abunəliyə başlayır.

Lent.az xəbər verir ki, önümüzdəki həftələrdə İngiltərədə satışa çıxarılacaq bu yeni modellə istifadəçilər reklamsız təcrübə üçün ödəniş edə biləcəklər.

İstifadəçilər reklamsız istifadə üçün ödəniş etməyi və ya pulsuz davam edərək reklamlarla qarşılaşmağı seçə bilərlər.

Önümüzdəki həftələrdə tətbiq olunacaq sistem iOS və Android istifadəçiləri üçün ayda 3,99 funt (təxminən 9.09 AZN), internet abunəçiləri isə ayda 2,99 funt (təxminən 6.81 AZN) ödəyəcəklər.

Abunəlik almayan istifadəçilər proqramlardan pulsuz istifadə etməyə və reklamlarla qarşılaşmağa davam edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
lent.az

3Mənbələr