Böyrək daşları bir çox insanın yaşadığı yayılmış problemlərdən biridir və onların necə əmələ gəldiyi, həmçinin evdə və ya tibbi üsullarla həll olunub-olunmayacağı barədə suallar tez-tez verilir.
E-saglam.az xəbər verir ki, baş nefroloq, Rusiya Səhiyyə Nazirliyinin professoru Yevgeni Şilov aif.ru saytına açıqlamasında izah edib ki, bəzən kiçik böyrək daşlarını konservativ üsullarla aradan qaldırmaq mümkündür. Məsələn, urat daşları, turş mühitdə əmələ gələn daşlar, mühitin qələviləşdirilməsi ilə uğurla həll olunur. Bunun üçün limon turşusu duzları (sitratlar) əsasında hazırlanan dərmanlar istifadə edilir. Eyni effekti evdə sadə üsulla da əldə etmək olar: 1 litr suya bir iri limonun şirəsini və bir çimdik duz əlavə etmək kifayətdir. Bu üsul urat daşlarına meyilli insanlar üçün profilaktik tədbir kimi tövsiyə olunur.
Xəstəliyin inkişafında əsas rol qidalanmaya aiddir. Belə ki, oksalat daşları çoxlu qəhvə, güclü çay, şokolad və qoz-fındıq istifadəsi ilə provokasiya olunur, urat daşları isə qırmızı ət, zəngin bulyon və spirtli içkilərin çoxluğu ilə yaranır. Məşğuliyyətə meylli olan şəxslər bu məhsulları diqqətlə nəzarətdə saxlamalıdır.
Əgər daş böyükdürsə, cərrahi müdaxilə tələb olunur. Əvvəllər bu, mütləq açıq əməliyyat demək idi, lakin indi vəziyyət dəyişib. Bu yerinə distant litotripsiya adlı müasir, invaziv olmayan üsul tətbiq olunur. Prosedur zamanı daşlar yönləndirilmiş şok dalğaları ilə kiçik qum dənələri halına gətirilir, xəstəyə rahatdır və uzun bərpa dövrü tələb etmir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az