ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
Almaniya Bundesliqasında 5-ci turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, günün ən maraqlı görüşü Münhenqladbaxda, “Borussiya-Park” stadionunda, meydan sahibi “Borussiya” ilə “Ayntraxt” arasında baş tutub. Məhsuldarlığı ilə yadda qalan görüşdə 10 qol vurulub. Matç qonaqların 6:4 hesablı qələbəsiylə nəticələnib.
Almaniya Bundesliqası
V tur
27 Sentyabr
“Hedenaym” – “Ausburq” 2:1
Qollar: Kofmann, 47, Konteh, 54 – Tietz, 90+8.
“Mayntz” – “Borussiya” (Dortmund) 0:2
Qollar: Svensson, 27, Adeyemi, 40.
“St.Pauli” – “Bayer 04” 1:2
Qollar: Val, 32 – Tapsoba , 25 , Poku, 58.
“Volfsburq”-“Leypziq” 0:1
Qol: Bakayoko, 8.
“Borussiya” (Münhenqladbax) – “Ayntraxt” 4:6
Qollar: Kastrop, 72, Tabakoviç, 78, Engelart, 83, Ranos, 90+9 – Koç, 11, Knof, 15, Burdkardt, 35, Çaibi, 39, Can Uzun, 45+1
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.