“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu İspaniyada çıxış etməyi planlaşdırır və bunun üçün artıq ispan dilini öyrənməyə başlayıb.
Sportinfo.az “Tribal Football”-a istinadən xəbər verir ki, ingilis futbolçu yaxın gələcəkdə Madridin top-klublarından birinə – “Real” və ya “Atletiko”ya keçmək istəyir.
“Transfermarkt” portalı Mainunu 50 milyon avro dəyərində qiymətləndirir.
20 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. O, cari mövsümdə Premyer Liqada 3 oyunda iştirak edib.