ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şirin qazlı içkilər qadınlarda depressiya riskini artırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Frankfurt Universitet Klinikasının apardığı yeni araşdırmada bildirilib.
Alimlər 900-dən çox insan üzərində apardıqları tədqiqat nəticəsində qazlı içkilərin bağırsaqda “Eggerthella” bakteriyasının səviyyəsini artırdığını müəyyən ediblər. Bu bakteriya daha əvvəl də iltihabla və serotoninin azalması ilə əlaqələndirilib. Məhz bu təsir qadınlarda kişilərə nisbətən daha güclü özünü göstərib.
Mütəxəssislərin sözlərinə görə, qazlı içkilərdəki şəkər mikrobiomun balansını pozur, faydalı bakteriyaların sayını azaldır və əksinə, iltihabi proseslərlə bağlı olan bakteriyaların artmasına səbəb olur. Bu isə birbaşa əhvali-ruhiyyəyə və psixi sağlamlığa təsir edə bilər.
Aysel Əliyeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.