AZ

Didye Deşamın yığmamızla oyundan gözləntisi nədir?

DÇ-2026-nın seçmə mərhələsinə uğurlu start götürən Fransa yığması oktyabrda keçiriləcək oyunlara həlledici gözü ilə baxır.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, son dünya çempionatının finalçısı artıq növbəti ay final mərhələsinə vəsiqəni rəsmiləşdirmək istəyir.

Bunun üçün isə Didye Deşamın yetirmələri Azərbaycan və İslandiya ilə görüşlərdə qələbə qazanmalıdır.

İlk iki turda Ukrayna (2:0) və İslandiyaya (2:1) qallib gələn fransızlar eyni nailiyyəti qarşıdakı oyunlarda da təkrarlamağı qarşısına məqsəd qoyub.

Komanda bunu reallaşdıra bilsə, dekabrda baş tutacaq dünya çempionatının final mərhələsinin püşkatması zamanı birinci səbətdə yer alacaq.

Bu da Fransaya mundialın qrupunda nisbətən zəif rəqiblərlə düşmək imkanı yaradacaq. Deşam və komandası qrupun taleyini noyabra saxlamaq istəmir.

Oktyabrın 10-da Azərbaycan millisinin Parisdə qəbul edəcək Fransa yığması üç gün sonra Reykyavikdə İslandiyanın qonağı olacaq.

Seçilən
5
sportinfo.az

1Mənbələr