Roma, 28 sentyabr, AZƏRTAC
Yay fəslində İtaliyada turistlərin sayı 6,22 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, iyunun 21-dən sentyabrın 21-dək İtaliyadakı hotellərdə 71 milyon 600 mindən çox turist gecələyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 200 min nəfər çoxdur.
Eyni zamanda, ölkədə aqroturizm ziyarətçilərinin sayı da ilbəil artır. Cari il ərzində ölkə üzrə 26 mindən çox aqroturizm müəssisəsinin 5 milyon 100 min turist qəbul edəcəyi gözlənilir. Məlumata görə, son 10 il ərzində aqroturizm ziyarətçilərinin sayı 70 faiz artıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma