AZ

“Real” və “Barselona”nın ulduzları “Qarabağ”ın qələbəsini necə qarşılayıb?

“Sportinq”in dəstəkləyici tərəfdaşlarından olan “Stromp” Qrupunun sabiq prezidenti Tito Arantes Fontes “Benfika”nın Çempionlar Liqasının I turunda “Qarabağ”la oyununu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, “Sporting” qəzetindəki ənənəvi köşəsində “Benfika” barədə yazıb.

Fontes Portuqaliya klubunu “Qarabağ” önündəki performansına görə sərt tənqid edib:

“Çempionlar Liqasının birinci turunda hər şey oldu – möhtəşəm qollar, baxımlı oyunlar, gözlənilməz nəticələr. Amma heç nə turnirin milyonçular səhnəsində Azərbaycan klubunun tarixində ilk qələbəsi ilə müqayisə oluna bilməz.

Bu isə Lissabonda, “Benfika”nın evində – “Luz” stadionunda baş verdi. Həmin həftənin sonunda iki gün Madriddə oldum,

İspaniyanın üç böyük klubunun (“Real”, “Atletiko” və “Barselona”) üzvləri ilə söhbətimdə gördüm ki, “Benfika”nın biabırçı çıxışı geniş şəkildə və mənfi tonda müzakirə olunurdu.

Qeyd: Madrid Lissabondan cəmi 600 kilometr aralıdadır. Amma bəzən yalnız “daxili futbol planeti”nə fokuslananda reallığın dəyişdiyini unuduruq”.

“Benfika” birinci hissədə 2:0 hesabı ilə önə keçsə də, “Qarabağ” geridönüş edərək, 3:2 hesablı qələbə qazanıb.

Seçilən
14
sportinfo.az

1Mənbələr