AZ

Ukraynada ən gərgin döyüşlər burada gedir

Hazırda ən gərgin döyüşlər Pokrovsk, Dobropolsko, Liman və Novopavlovsko istiqamətlərində gedir .

Axar.az xəbər verir ki, bunu "Dnepr" əməliyyat-strateji qoşun qrupunun mətbuat katibi Viktor Trequbov deyib.

"Ruslar kiçik qruplar şəklində birbaşa Pokrovsk şəhərinə daxil olmaq üçün çox səy göstərirlər. Oxşar vəziyyət Kupyansk ətrafında da baş verir, lakin bir qədər kiçik miqyasda. Təzyiqlər davam edir”, - o bildirib.

Trequbovun sözlərinə görə, ruslar da aktiv şəkildə Dnepropetrovsk vilayətinə nüfuz etməyə və orada möhkəmlənməyə çalışırlar.

Seçilən
0
1
axar.az

2Mənbələr