“Benfika”nın prezidenti Ruy Koşta komandanın yeni baş məşqçisi Joze Mourinyonun müqaviləsinin detallarını açıqlayıb.
Sportinfo.az “A Bola”-ya istinadən xəbər verir ki, Lissabon klubunun rəhbəri bunun Mourinyonun Portuqaliyadan kənara çıxdıqdan sonra aldığı ən aşağı maaş olduğunu bildirib:
“Ana şərtlər belədir: ilk mövsüm üçün 3 milyon, növbəti mövsüm üçün isə 4 milyon avro. Bu, Jozenin Portuqaliyadan kənara çıxdıqdan sonra aldığı ən aşağı maaşdır.
Üstəlik, o, müqavilənin vaxtından əvvəl pozulması halında öz illik maaşından az məbləğə azad olunmaq şərtini də qəbul etdi. Bununla bizə böyük hörmət göstərdi”.
62 yaşlı mütəxəssis sentyabrın 18-də “qartallar”ın “sükanı arxasına” keçib. O, iki illik müqaviləyə imza atıb.
“Benfika” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyətdən sonra (2:3) baş məşqçi Brunu Laje ilə yollarını ayırıb.