AZ

Putin başqa cəbhə açacaq Zelenski

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə bitməmiş yeni bir cəbhə açmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladmir Zelenski brifinqdə çıxış edərkən deyib.

“Kreml Avropanın reaksiyasını PUA təxribatları ilə yoxlayır. Çünki Kiyevə olan dəstəyi zəiflətməyə çalışır. Rusiya hərəkətləri gözlənilməz olmayıb. Artıq Putinin yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıqlar edilmişdi.

Mən düşünürdüm ki, bu daha tez baş verəcək və bu barədə danışmışam. Sual yaranır ki, Putin Ukraynada müharibənin bitməsini gözləməyəcəkmi? O başqa cəbhə açacaq.

Ukrayna artıq bir neçə ölkə ilə məsləhətləşmələr aparıb. Lakin hansı ölkələrlə olduğunu açıqlamayacağıq. Dron əleyhinə əməliyyatlar ilə bağlı mütəxəssislər birgə qrup yaradacaq və bəzi ölkələrin nümayəndələri təlim üçün Ukraynaya gələcəklər”, - deyə Zelenski bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
axar.az

2Mənbələr