Ödənişli əsaslarla qəbul olan tələbələrdən bəziləri dövlət sifarişli təhsil ala biləcəklər.
Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək. Bəzi ödənişli əsaslarla təhsil alan tələbələr də dövlət sifarişi üzrə təhsillərini davam etdirə biləcəklər.
Təhsil eksperti Elşən Qafarov bildirir ki, bu, ölkədə ümumiyyətlə ödənişli təhsilin tamamilə aradan qaldırılmasına hədəflənən addımlar sırasındadır.
Bəs dövlət sifarişli təhsilə keçiriləcək tələbələr kimlərdir? Elşən Qafarov bildirib ki, bu, dövlətin əmək bazarına uyğun olaraq verdiyi sifariş əsasında müəyyən ediləcək. Balı yüksək olmayanlar da bu güzəştdən yararlana biləcəklər.
Ekspertin fikrincə, dövlət sifarişinin əhatəliliyi genişləndiyi təqdirdə bundan həm dövlət, həmçinin özəl ali məktəb tələbələri yararlana biləcəklər.
Ətraflı süjetdə: