AZ

Millimizin Xəzəri taciklərin qapsına yol tapandan sonra... FOTOLAR

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ölkəmizdə təşkil olunan III MDB Oyunlarında ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan U-16 Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb.

Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub.

Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.

Seçilən
18
sportinfo.az

1Mənbələr