AZ

Zərərsiz hesab etdiyiniz bu 7 vərdiş beyninizi sakitcə məhv edir Mütəxəssisdən xəbərdarlıq

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Gündəlik həyatımızda fərqinə varmadan davam etdirdiyimiz bəzi sadə vərdişlər, beynimizə düşündüyümüzdən daha çox zərər verə bilər. ABŞ-li tanınmış psixiatr və beyin mütəxəssisi Dr. Daniel Amen, beynin sağlam qalması üçün diqqət edilməli 7 zərərli gündəlik vərdişi açıqlayıb. O, bildirib ki, bu davranışlar "beyni sakitcə zədələyir" və uzunmüddətli fəsadlara yol aça bilər.

Hər şeyə "bəli" demək və özünüzü məcbur etmək

Çox insan başqalarını razı salmaq üçün özünü unudur. Hər işi eyni anda görməyə çalışmaq, beyində gərginlik yaradır və prefrontal korteks adlanan qərarvermə hissəsini zəiflədir. Dr. Amen "Bunun haqqında düşünməliyəm" deməyin vacibliyini vurğulayır. Çoxlu tapşırıqla məşğul olmaq diqqəti, yaddaşı və qərarverməni zəiflədir.

Zərərli qidaları tez-tez yemək

Cips, şirniyyat, qazlı içkilər və dondurma kimi çox emal olunmuş qidalar təkcə bədənə deyil, beyinə də mənfi təsir göstərir. Araşdırmalara görə, bu cür məhsullar obezlik, şəkərli diabet, depressiya, narahatlıq və vaxtsız ölüm riski ilə əlaqəlidir.

Dr. Amen xəbərdarlıq edir: "Zərərli yeməklər mükafat deyil, cəzadır."

Hərəkətsiz həyat tərzi

Uzun müddət oturaq həyat tərzi beyinə gedən qan axınını azaldır. Bu isə depressiya, diqqət pozğunluğu və Alzheimer xəstəliyinə səbəb ola bilər. Hətta yüngül gündəlik fiziki fəaliyyət belə beyin üçün çox faydalıdır.

Toksik şəxsi qulluq vasitələrindən istifadə

Paraben, ftalat və formaldehid kimi kimyəvi maddələr olan bəzi kosmetik və şəxsi qulluq məhsulları hormon sistemini pozur. Nəticədə yorğunluq, depressiya, "beyin sisi" (bulanıqlıq) və diqqət pozğunluğu yarana bilər.Mütəxəssis bu məhsulları seçərkən tərkib analiz proqramlarından (məsələn, "Think Dirty") istifadə etməyi və zərərli məhsulları həyatımızdan çıxarmağı tövsiyə edir.

Həmişə eyni rutində qalmaq

Hər gün eyni şeyləri təkrarlamaq beynin inkişafını ləngidir. Yeni hobbilər, kitab oxumaq, dil öyrənmək və ya fərqli düşünmə tərzləri beynin aktiv qalması üçün vacibdir. Dr. Amen deyir: "Öyrənməyi dayandırdığınız anda beyniniz zəifləməyə başlayır."

Riskli davranışlar və baş zədələri

ABŞ-də aparılan bir araşdırmaya görə, hər il böyüklərin 3,3%-i, uşaqların isə 2,2%-i beyin travması keçirir. Yıxılmalar, qəza və zərbələr uzunmüddətli beyin zədələrinə səbəb ola bilər.Amen baş zədələrinin qarşısını almaq üçün kask taxmağı, pilləkəndə məhəccərdən tutmağı və maşın sürərkən telefonla yazışmamağı tövsiyə edir. "Hətta yüngül zərbələr belə psixi sağlamlığa ciddi təsir edə bilər" - deyə xəbərdarlıq edir.

Pis vərdişləri dəyişdirməmək

Pis vərdişlərdən xilas olmaq çətin ola bilər, amma mümkündür. Mütəxəssislər bunun üçün üç əsas addım tövsiyə edir:

Mühiti dəyişmək - sizi pis vərdişə sürükləyən şeylərdən uzaqlaşın.

Sağlam alternativlər tapmaq - zərərli davranışları faydalı vərdişlərlə əvəz edin.

Özünüzə qarşı mərhəmətli olun - uğursuzluqları normal prosesin bir hissəsi kimi qəbul edin.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
4
news.milli.az

5Mənbələr