AZ

İlon Mask Epşteynin adasını ziyarət etmək dəvətini rədd etdiyini bildirib

İlon Mask bildirib ki, o, əvvəllər uşaq təcavüzünə görə məhkum olunmuş maliyyəçi Ceffri Epşteнnin adasına səfər etmək dəvətindən imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə iş adamı "X" sosial şəbəkəsində yazıb.

"Bu yalanı narrativi təbliğ edən hər kəs nifrətə layiqdir. Epşteyn məni öz adasına getməyə məcbur etməyə çalışdı, amma mən bundan imtina etdim", - deyə milliyarder bildirib.

Bununla İ.Mask adının Epsteyn işi ilə bağlı sənədlərdə yer alması ilə bağlı mediada yayılan xəbərlərə cavab verib.

İ.Mask əvvəllər dəfələrlə ABŞ rəhbərliyini bu işlə bağlı bütün materialları ictimaiyyətə açıqlamağa çağırıb.

Seçilən
8
1
ikisahil.az

2Mənbələr