AZ

İki ölkə Rusiya sərhədində zərbə briqadası yerləşdirir

Ajans.az xəbər verir ki, bu barədə “İltalehti” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, yeni birləşmənin nüvəsini qış şəraitində döyüş əməliyyatları aparmaqda ixtisaslaşan İsveçin “Norrbotten” mexanikləşdirilmiş briqadası təşkil edəcək. O, beş batalyondan və təminat bölmələrindən ibarətdir. Mənbələrin sözlərinə görə, briqadanın tərkibinə isveçlilərdən əlavə Norveç və Danimarka hərbçiləri də daxil olacaq ki, bu da onu əsasən Skandinaviya briqadasına çevirəcək. Briqadanın qərargahları Finlandiyanın Rovaniemi və Sodankyla şəhərlərində yerləşəcək. Bildirilib ki, briqadanın silahları artıq Laplandiyada yerləşdirilib. Xüsusilə, İsveç istehsalı olan “Arçer” özüyeriyən haubitsaları ora gətirilib. Bu, hərbçilərin döyüş hazırlığına daha tez daxil olmasına imkan verəcək. Nəşrin əlavə etməsinə görə, silahlı münaqişə baş verəcəyi halda, zərbə briqadasını havadan Böyük Britaniyanın “Eurofighter” və F-35 qırıcıları, həmçinin “Apaçi” helikopterləri qoruyacaq.

Mənbələrin məlumatına görə, müvafiq operativ plan NATO-nun Avropadakı qoşunlarının komandanı general Aleksey Qrinkeviç tərəfindən təsdiqlənib. Briqadanın təlimlərinin yaxın vaxtlarda Rovyayarvi poliqonunda başlanacağı gözlənilir./oxu.az

Seçilən
8
4
Ajans.az

5Mənbələr