AZ

ABŞ-də atışmada: 3 nəfər öldü

ABŞ-nin Şimali Karolina ştatının Sautport şəhərində atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə WECT telekanalı məlumat yayıb.

Məlumata görə, insident şənbə günü yerli vaxtla saat 22:00 radələrində (Bakı vaxtı ilə bazar günü saat 06:00) şəhərdəki yaxta dayanacağında baş verib.

Hadisənin səbəbi ilə bağlı heç bir məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanı törətməkdə şübhəli bilinən şəxsi dindirir.

Seçilən
20
12
bakivaxti.az

10Mənbələr